Od çərşənbəsində tonqaldan tullanan iki uşaq yandı
07
mar
2018
08:59
Ötən gün axşam Bakının Nəsimi və Yasamal rayonlarında Od çərşənbəsi münasibəti ilə keçirilən mərasim xəsarətlə nəticələnib.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, 2008-ci il təvəllüdlü İsrafilov Səid Elxan oğlu və 2004-cü il təvəllüdlü Cəlilov Məhəmmədəli Cahangir oğlu çərşənbə günü münasibəti ilə qalanan tonqalın üzərindən tullanan zaman yanıq xəsarətləri alıblar.Hadisələr müvafiq olaraq Alı Mustafayev və İsmayıl Qutqaşınlı küçələrində qeydə alınıb.Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda zavodda partlayış: Xəsarət alanlar var
Mingəçevir şəhərindəki "Azneftmaş" ASC-də partlayış olub, iki nəfər xəsarət alıb.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında qe...