İntihara cəhd edən Səbuhi Məmmədli: Mən bu bataqlıqdan çıxacam - ETİRAF
16
avq
2018
12:11
"Çox, həddən artıq gərgin idim. Nə etdiyimin fərqində deyildim. Hə, mən batalığa yuvarlanmışam. Və mən bu bataqlıqdan çıxacam. Hər şeyi, adamları, işimi, adımı, sağlamlığımı qaytaracam... Mən bu bataqlıqdan çıxıb hamınız üçün sizin arzuladığınız Səbuhi olacam".BAKU.WS xəbər verir ki, bu sözlər dünən intihara cəhd xəbərlərilə gündəmi zəbt edən tanınmış jurnalist Səbuhi Məmmədliyə məxsusdur.Həyatında çətin günlər yaşayan jurnalist baş verənlərdən sonra yaşamaq arzusunu dilə gətirib:"Bu həyat bizə bir dəfə verilir. Heç Allah zad da verməyib, tam təsadüfən verilib. Düşün ki, kainatın heç bir yerində heç vaxt Səbuhi olmayıb və bundan sonra olmayacaq. Bu şans milyardda bir sənə verilib. Niyə bunu sona qədər bacardıqca çox yaşamayasan?! Mən şəxsən belə düşünürəm... Və mən yaşayacam. Çünki bunun üçün kifayət qədər səbəblərim var... Hamınızı sevirəm..."Xatırladaq ki, Səbuhi Məmmədlinin srağagün gecə sosial şəbəkədə yazdığı statuslarla intihar anonsu vermişdi. Jurnalistin statuslarını görən yaxın dostları onu yerini müəyyən edərək təcili tibbi yardımla xəstəxanaya aparıblar. Gərginlik və stress onun qan təzyiqininh və şəkərinin yüksəlməsinə səbəb olub. Daha sonra isə, o, Semaşko xəstəxanasının (1 saylı Şəhər Klinik Xəstəxanası) reanimasiya şöbəsinə yerləşdirilib.Qeyd edək ki, Səbuhi Məmmədlinin sonuncu iş yerindən mart ayında ayrılıb. O, “APA holdinq” şirkətinin tərkibindəki Lent.az saytının redaktoru idi.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Tanınmış jurnalist Səbuhi Məmmədli intihara cəhd edib: Ölmək istəmirəm. Çox qorxuram... - FOTO
Tanınmış jurnalist Səbuhi Məmmədli intihara cəhd edib.BAKU.WS xəbər verir ki, jurnalist ötən gecə sosial şəbəkədə intihar anonsu verib. O, əvvəlcə çətin anlar y...