İntihar edən Azərbaycan boksçusu vəfat edib

İntihar edən Azərbaycan boksçusu vəfat edib
Hadisə 664

Bakıda intihar edən Yolçu Zeynalovun Azərbaycanın boks üzrə yığma komandasının keçmiş üzvü olması müəyyənləşib.

BAKU.WS-in "report"a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Y.Zeynalov iki həftə əvvəl məişət zəminində mübahisədən sonra özünü asıb. Həmin vaxt o, xəstəxanaya yerləşdirilsə də, ötən müddətdə həyatını xilas etmək mümkün olmayıb.

Bu yaxınlarda Y.Zeynalovun toyu olmalı imiş.

Qeyd edək ki, Yolçu Zeynalov 75 kq çəki dərəcəsində mübarizə aparıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər