Nizami rayonunda küçəni kanalizasiya suları basıb, TƏMİZLƏNƏCƏK - RƏSMİ
Qeyd olunan məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə baxış keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Tullantı su şəbəkəsinin fəaliyyətinin bərpası istiqamətində təmir-bərpa işlərinə başlanılacaq.
***16:20
Bakının Nizami rayonunda uzun müddətdir davam edən kanalizasiya problemi sakinləri narahat edir.
BAKU.WS-ə daxil olan şikayətə görə, Əlif Hacıyev küçəsi 21 ünvanında yerləşən ərazini kanalizasiya suları basıb.
Artıq 2 həftədir küçə üfunətli və çirkab suyun içində qalıb.
Sakinlər bu müddət ərzində dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.
Oxşar xəbərlər
Xətaidə istinad divarından daşlar qoparaq pilləkənlərə tökülüb
Xətai rayonunda, Cavanşir küçəsi 31 ünvanı ilə Məhəmməd Hadi 106-nın kəsişməsində təhlükəli vəziyyət yaranıb. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə dax...