Nəvəsi ilə dalaşan 74 yaşlı qadın özünü yandırdı

Nəvəsi ilə dalaşan 74 yaşlı qadın özünü yandırdı
Hadisə 310
Nəvəsi ilə münaqişə yaşlı Bakı sakinini özünü yandırma həddinə çatdırıb.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Suraxanı rayon prokurorluğundan məlumat verilib.Məlumata əsasən, insident Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib.1945-ci il təvəllüdlü Məhərrəmova Elmira Məhərrəm qızı evində üstünə benzin tökərək özünü yandırıb. Nəticədə, qadın yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq mərkəzinə çatdırılıb.Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Onun dəri örtüyünün yarısı yanıb.İlkin məlumata görə, qadını özünü yandırma həddinə nəvəsi çatdırıb. Nənə və nəvə arasında münaqişənin səbəbi hələlik bilinmir. Ehtimal edilir ki, tərəflər arasında münaqişə məişət xarakterlidir.Hazırda faktla bağlı araşdırma aparılır.Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (intihar həddinə çatdırma) ilə cinayət işi açılıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Uşağı qıc olan ata üzərinə benzin tökərək özünü yandırdı - Azərbaycanda ŞOK HADİSƏ

Uşağı qıc olan ata üzərinə benzin tökərək özünü yandırdı - Azərbaycanda ŞOK HADİSƏ

Mingəçevirdə orta yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyət...

5398 Hadisə 08:40 28 iyun 2019

Son xəbərlər