Uşağı qıc olan ata üzərinə benzin tökərək özünü yandırdı - Azərbaycanda ŞOK HADİSƏ

28
iyn
2019
08:40
Mingəçevirdə orta yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.Bildirilir ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Kişi özünü yandırdı, arvadı intihara cəhd edib
Abşeron rayonunda intihar hadisəsi olub.BAKU.WS "report"a istinadən xəbər verir ki, rayonun Qobu qəsəbəsində 39 yaşlı M.Məmmədov üzərinə benzin tökərək özünü ya...
