Azərbaycanda gənc yol polisi ilə dalaşdı - üstünə benzin töküb özünə od vurdu
15
yan
2018
17:40
Bu gün günorta saatlarında Ağdaş rayonunda intihara cəhd olub.BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Ağdaş şəhərinin Heydər Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu üzərinə benzin tökərək özünü yandırıb.O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Hadisə şahidləri bildiriblər ki, Həsənağa Söhbətov yol polisi əməkdaşları ilə mübahisə edəndən sonra özünü yandırıb. Belə ki, yol polisi əməkdaşı onun barəsində cərimə protokolu yazıb. Bundan sonra mübahisə daha da böyüyüb və polis əməkdaşları H.Söhbətovu şöbəyə aparmaq istəyib. Bununla razılaşmayan 35 yaşlı kişi özündən çıxıb və əsəbi halda üstünə benzin tökərək özünü yandırıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Ağdamlı Bəhlul maşına görə üstünə benzin töküb özünü yandırdı
Ağdamda avtomobili cərimə meydançasına salınan rayon sakini özünü yandırıb.Trend-in məlumatına görə, hadisə rayonun Xıdırlı kəndində baş verib. Kənd sakini, 197...