Nərminin yandırıldığı kəndin nümayəndəsi: "Bütün kənd şokdadır"
11
yan
2020
11:21
10 yaşlı Nərmin Quliyevanın yandırılaraq öldürülməsində təqsirli bilinən İlkin Süleymanov yaşadığı Dondar Quşçu kəndində sakit biri kimi tanınıb.
Bu barədə BAKU.WS-in bölgə muxbirinə kənd icra nümayəndəsi Samir Hüseynov bildirib:
“Kənddə hər kəs onu sakit biri kimi tanıyıb. Amma görünür elə deyilmiş. Bütün kənd camaatı şokdadır. Ondan belə bir əməl heç kim gözləməzdi”.
Bildirək ki, respublikada rezonans doğuran cinayət hadisəsi ilə bağlı istintaq tədbirləri davam etdrilir.
Oxşar xəbərlər
Nərminin saxlanıldığı yerin görüntüləri yayıldı - VİDEO
Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın saxlandığı yerin görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki,...