Nərminin yandırıldığı kəndin keçmiş bələdiyyə sədri: “İbrahim müəllimin oğlu görüb ki...”

Nərminin yandırıldığı kəndin keçmiş bələdiyyə sədri: “İbrahim müəllimin oğlu görüb ki...”
Hadisə 10910

"Əgər bu cinayətin arxasından kənd sakini çıxarsa, onun bütün nəsil və nəcabətini kürüyüb, kənddən çıxardacağıq”.

BAKU.WS xəbər verir ki, bunu “qaynarinfo”ya açıqlamasında Dondar Quşçu kəndininin sabiq bələdiyyə nümayəndəsi Hicran Vəliyeva 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılmasından danışarkən deyib. Onun sözlərinə görə, hazırda Dondar Quşçu kəndi şokdadır:

"Nərmin bizim kəndin sakinidir. Hadisə balaca bir kənddə baş verib. Qız itkin düşəndən sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Uşağı tapmaq olardı. Niyə tapmadılar? Evlər qarış-qarış gəzilməliydi. Şübhəli adamları polis şöbəsinə aparıb məlumat əldə etməliydilər.

Uşağı hadisə yerinə sürüyüb atıblar. Nərminin ailəsini tanıyıram. Mən bələdiyyə sədri işləyəndə üzünü cıran nənəsi gəldi ki, bəs dolana bilmirəm, mənə torpaq sahəsi ver.

Mən də onlar üçün torpaq sahəsi ayırdım. Həmin vaxt bunlar kirayədə yaşayırdı. Nənə ev tikib qızı və nəvələri ilə həmin evə daşındı.

Nərminin özündən başqa iki bacısı var. Atası fəhlədir, iradəcə zəif adamdır, içki içir. Anası da kafedə işləyir, səhər çıxıb axşam gəlir.

Bu hadisənin baş vermə səbəbi onun ailəsinin kənardan zəif görünməsidir. Qız pis adama rast düşüb. Düşünürəm ki, qızı zorlayıblar. Ya həmin anda ölüb, ya da pis vəziyyətə düşüb.

Cinayətkar isə izi itirmək məqsədi ilə onu yandırıb”.

Hicran Vəliyeva bildirib ki, hadisəni kənd sakini İbrahim müəllimin oğlu görüb:

"Baxıb ki, nəsə yanır. Yaxınlaşıb sondürüblər. Həmin oğlanın psixoloji problemləri var. Hazırda hüquq-mühafizə orqanları onu saxlayıb. Amma bununla belə araşdıma gedir. Bütün kənd ayaq üstədir”.

Son xəbərlər