Meyiti yandırılan 10 yaşlı Nərmin dəfn edildi - VİDEO - YENİLƏNİB

Meyiti yandırılan 10 yaşlı Nərmin dəfn edildi - VİDEO - YENİLƏNİB
Foto Video
Hadisə 6031

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, dəfn mərasimində mərhumun yaxınları, millət vəkili Qənirə Paşayeva da iştirak ediblər.

Nərmin Quliyeva Tovuz rayonunun Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

***11:18

Tovuz rayonunun Dondar Quşçu kəndində noyabr ayında itkin düşən və sonradan yandırılmış haqda cəsədi tapılan 10 yaşlı Nərmin Quliyeva bu gün dəfn edilir.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Nərmin Quliyeva Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Dəfn mərasiminə uşağın ailə üzvüləri, kənd sakinləri qatılıb.

Bildirək ki, N.Quliyevanın ölümü ilə bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər