Nərminin atası yayılan səsyazısından danışdı: “Altayla problemimiz olub" - VİDEO

Nərminin atası yayılan səsyazısından danışdı: “Altayla problemimiz olub  - VİDEO
Video
Hadisə 16099

Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı "Youtube"da şok səs yazısı yayılıb.

Səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə 38 yaşlı Dondar Quşçu kənd sakini Ələkbərov Altay Famil oğlunu günahlandırıb.

O bildirib ki, Nərmini məhz həmin şəxs qətlə yetirib. Eyni zamanda o, 069 nömrəli VAZ 2107 markalı avtomobili idarə edir. Onun atası kənddə riyaziyyat müəllimidir.

Naməlum şəxs həmçinin qeyd edib ki, Əkbərov Altay kənddə tapança ilə gəzib, hətta qardaşının arvadını zorlayıb. Onun Nərmini öldürməsini isə Ələkbərov Asif Əkbər oğlu və Rzayev Vüsal Tərlan oğlu görüb.

BAKU.WS xəbər verir ki, məsələylə bağlı “news24” Nərmin Quliyevanın atası Şərif Quliyevlə əlaqə saxlayıb.

O, açıqlamasında deyilənlərlə bağlı bunları bildirib: "O səs yazısında adı çəkilən Altay mənim qonşumdur. Videoda onun haqqında deyilən ittihamların doğru olub-olmaması haqda heç nə deyə bilmərəm.

Məsələlərdən də xəbərsizəm. Yalnız onu deyə bilərəm ki, o adam bizə yaxın yaşayır, kənddə usta işləyir. Atası təqaüdçüdür, vaxtilə məktəbdə mənə dərs deyib.

İki il bundan əvvəl Altayla aramızda problemimiz olub. O adam kənddə mal-qara oğurlamışdı. Amma onu mənim üstümə atmaq istəyirdi, məni şərləməyə çalışırdı.

Düzdür, o söhbətdən sonra biz barışdıq. Münasibətlərimiz də normaldır. Nərminin dəfninə gəlmişdi, hətta uşağın axtarışlarında da bizə kömək edirdi".

Ş.Quliyev onu da qeyd elədi ki, adıçəkilən şəxs evlidir, iki oğlu var: "Onunla təkcə qonşu yox, həm də qohumuq. Yoldaşı mənimlə, həm də həyat yoldaşımla qohumdur.

Bəzi cəhətləri var, amma onun qızımın ölümündə əli var, ya yox, onu deyə bilmirəm. İnanın ki, mən də dünəndən şokdayam".

Son xəbərlər