Nənəsini yandıran şəxsdən YENİ XƏBƏR
19
iyn
2019
15:41
Bakı Ağır Cinayətlər Məhkəməsində nənəsini öldürməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin anası Təravət Əfəndiyevaya şahid qismində ifadə vermək təklif edilib.Hakim ona xatırladıb ki, qanunvericiliyə əsasən, ailə üzvünə qarşı ifadə verməmək hüququ var. T.Əfəndiyeva ifadə verməkdən imtina edib.Daha sonra təqsirləndirilən şəxsin xalası Məlahət Axundovanın dindirilməsi davam etdirilib. O, suallara cavab olaraq, anasının Eldar Əfəndiyev tərəfindən öldürüldüyünü, daha sonra yandırıldığını bildirib."Hadisə baş verən zaman orada olmusunuzmu?" sualına şahid belə cavab verib:"Mən orada olsam bu, (təqsirləndiriləni işarə edir) sağ qalardı?"Prosesdən əvvəl və iclas zamanı M.Axundova ilə bacısı T.Əfəndiyeva arasında dəfələrlə mübahisə yaranıb.M.Axundova bacısını mərhum anasının qızıllarını ələ keçirmək istəməkdə ittiham edib.Tərəflər bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. Hakim və məhkəmə nəzarətçiləri onlara xəbərdarlıq edib.Proses iyulun 3-də davam edəcək.Qeyd edək ki, hadisə ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş verib. Həmin ünvanda yanğın baş verib.Saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü E.Əfəndiyev tutularaq istintaqa cəlb olunub.Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Qardaşı arvadını yandırıb öldürən şəxslə bağlı QƏRAR VERİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS Trend-ə istinadən...