Neftçalada tələbə Kürdə batıb
07
avq
2020
14:44
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Neftçala rayonunun Aşağı Surra kənd sakini, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. O, Şirvan Humanitar Kollecinin tələbəsidir.
Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Oxşar xəbərlər
Zərdabda 3 nəfər Kürdə batıb
Kürün Zərdab rayonundan keçən hissəsində 3 nəfər batıb. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Kü...