Nazirlikdən əhaliyə yanğınlarla bağlı XƏBƏRDARLIQ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yanan ərazilərdə ekosistemin bərpasına 100 illərlə vaxt tələb olunur.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son dövrlərdə apardığı araşdırmalar nəticəsində məlum olub ki, yanğın hadisələrinin 95 faizindən çoxu insanların ehtiyatsızlığı ucbatından baş verir.
Yay aylarında isti hava şəraiti və digər səbəblərdən yanğın əmələ gəlməsi halları daha çox olur. Bu səbəbdən də vətəndaşlar meşəlik ərazilərdə istirahət zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidirlər.
Baş verən yanğınlar ekosistemə ziyan vurmaqla yanaşı, havanın çirklənməsi ilə də nəticələnir.
Yanğın və ya tüstülənmə müşahidə etdikdə mütləq aidiyyəti qurumlara məlumat vermək lazımdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirir ki, Qarabağda işləyən və oraya səfər edən insanlar ikiqat məsuliyyətli olmalıdırlar. Çünki orada yanğın baş verdikdə, ərazilər minalı olduğundan alovu söndürmək daha çətin olur.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...