Nazirlik Şirvan sakininin "Facebook" statusuna görə məlumat yaydı

Nazirlik Şirvan sakininin Facebook statusuna görə məlumat yaydı
Hadisə 892
"Facebook" sosial şəbəkəsi istifadəçilərindən biri öz səhifəsində heç bir rəsmi qurumla dəqiqləşdirmədən məlumat paylaşıb ki, guya Natiq Hüseynov adlı Şirvan şəhər sakini heç bir səbəb olmadan polislər tərəfindən saxlanılaraq şəhər polis şöbəsinə aparılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS məlumat verilib.Məlumatında bildirilir ki, mayın 26-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları xidməti ərazidə olarkən bir neçə nəfərin mübahisə etdiklərini görüb, məsələni aydınlaşdırmaq üçün onlara yaxınlaşıblar.Onlar ictimai qaydalara riayət etməyə dəvət edilərkən, orada olan şəhər sakini Natiq Hüseynov polis əməkdaşının xidməti vəzifə borcunu yerinə yetirməsinə mane olaraq məsələni artıq özünün həll etdiyini və polisə ehtiyac qalmadığını bildirərək qeyri-etik ifadələr işlədib. Polis əməkdaşlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o nalayiq ifadələr işlətməkdə davam edib.Yalnız bundan sonra N.Hüseynov Şirvan Şəhər Polis Şöbəsinə gətirilib və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Oxşar xəbərlər

Son xəbərlər