Nazir əmr verdi, polis gücləndirilmiş iş rejiminə keçir
23
sen
2016
11:03
Azərbaycan polisi referendumla əlaqədar sabahdan – sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.
"Report”un xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrlə, ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.
BAKU.WS
Oxşar xəbərlər
Nazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdi
Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə ver...