Nazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdi

Nazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdi
Sosial 1283
 

Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədi ilə əmr imzalayıb.

Əmrə əsasən, sentyabrın 12-dən 14-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndiriləcək.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daşkəsən rayonuna yeni polis rəisi təyin edib. "Qafqazinfo”nun məlumatına görə, bu posta Daxili İşlər Nazir...

19 Sosial 20:37 04 avqust 2016

Son xəbərlər