Nazir dünən general olan Raul Zeynalova yeni vəzifə verdi
23
dek
2021
14:54
Fövqəladə Hallar Nazirliyində yeni kadr təyinatı olub.
BAKU.WS-in qaynarinfo-ya istinadən xəbərinə görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, general-mayor Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilərək nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.
Qeyd edək ki, dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla R.Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.
Oxşar xəbərlər
FHN işğaldan azad olunmuş əraziləri minalardan təmizləyən rusları təltif edib - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövc...