Naxçıvanda universitet tələbəsi təcili tibbi yardım avtomobilində ölüb
18
yan
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində ölüb.
Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü hamilə Gülcan İlham qızı Məhərrəmova üçün təcili tibbi yardım çağırılıb.
O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində yüksək təzyiq səbəbindən dünyasını dəyişib.
Mərhum Babək rayonu Payız kəndində dəfn olunub.
Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.