Naxçıvanda "TikTok" əməliyyatı keçirilib, həbs olunan var

Naxçıvanda TikTok əməliyyatı keçirilib, həbs olunan var
Hadisə 137

Naxçıvanda "TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, tiktokerlərin iştirakı ilə təşkil edilən və qaliblərə 10 min manat pul mükafatı vəd olunan yarışmalarda baş verənlərin canlı yayımlanması vətəndaşların narazılığına səbəb olub.

Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "adel085" səhifəsinin admini və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumatı Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən report-un yerli bürosuna təsdiqləyiblər.

Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib. Digərləri barədə araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb

Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.  BAKU.WS-in məlumatına görə, hadisə Xırdalan qəbristanlığının yaxınlığında baş verib.  Qəza zamanı TIR-la minik maşın...

162 Hadisə 12:24 23 sentyabr 2026

Son xəbərlər