Naxçıvanda arvadını asaraq öldürən kişiyə HÖKM OXUNDU
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Sədərək rayonunda arvadını qəsdən öldürməkdə ittiham olunan Azər İbrahimlinin işi üzrə hökm çıxarıb.
Məhkəmə təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilərək 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
BAKU.WS-in məlumatına görə, hadisə 22 mart 2025-ci il səhər saatlarında Sədərək rayonunun Sədərək kəndində baş verib.
Məhkəmə materiallarına görə, 1992-ci il təvəllüdlü Azər İbrahimli 2021-ci ildə Ağcabədi rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimli ilə ailə qurub. Cütlüyün iki azyaşlı övladı var. Azər yük maşını sürücüsü kimi işləyərkən Gürcüstan Respublikasında ofisiant işləyən bir qadınla tanış olub və "WhatsApp" vasitəsilə münasibət qurub. Bu münasibətdən xəbər tutan Aytac İbrahimli əri ilə tez-tez mübahisə edib, ailə münasibətləri pisləşib.
21 mart 2025-ci il axşamı cütlük arasında yenidən münaqişə yaranıb. Aytac İbrahimli qayınatasını çağırıb və övladları ilə birlikdə onun evinə gedib. Azər isə spirtli içki qəbul edib və sevgilisi ilə "WhatsApp"da yazışıb, arvadına nifrət etdiyini, onu öldürə biləcəyini bildirib.
Səhər Aytac evə qayıdıb, ərinin telefonunu götürərək sevgilisi ilə mübahisə edib. Bu zaman oyanan Azər arvadını döyüb, sonra isə özünü intihar kimi göstərmək məqsədilə paltar ipi ilə boynundan asıb.
O, Aytac İbrahimlini yerə yıxıb, ayaqqabı geyindirib, eyvana apararaq çilçıraq məftilinə bağlayıb. Tibbi ekspertiza boyun nahiyyəsində stranqulyasiya izləri və ağır xəsarətlər aşkar edib.
Məhkəmə istintaqında Azər İbrahimli özünü tam təqsirli bilib və əməlini etiraf edib. O, arvadı ilə mübahisələrin sürücülük işinə başladıqdan sonra artdığını, lakin cinayət anında əsəblərini cilovlaya bilmədiyini bildirib. İş üzrə şahidlər (qohumlar, sevgilisi), "WhatsApp" yazışmaları, məhkəmə-tibbi ekspertiza rəyləri sübut kimi qəbul edilib.
Oxşar xəbərlər
Həyat yoldaşının saçını keçəl edən ər HƏBS OLUNDU
Nərimanov Rayon Məhkəməsində həyat yoldaşının saçını qırxaraq işgəncə verməkdə təqsirləndirilən Tamerlan Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi...