Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur

Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur
Hadisə 34

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin sabiq rəisi Ramin İsmayılov xüsusilə külli miqdarda mənimsəmə və başqa cinayətlərdə ittiham olunur.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, iş baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hüseyn Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası 29 iyuna təyin edilib.

Qeyd edək ki, Ramin İsmayılov ötən ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən vəzifəsindən azad edilib. Ramin İsmayılov 3,6 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş həyat yoldaşı imiş

Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş həyat yoldaşı imiş

İki gün öncə Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda yaşayış binasında cəsədi tapılan Rövşən Zeynalovla bağlı bəzi detallar üzə çıxıb. BAKU.WS "Un...

20 Hadisə 09:08 12 avqust 2026

Son xəbərlər