Narkotacirin evindən 14 kiloqramdan çox marixuana götürüldü - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər aşkarlanıb.
BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata istinadən xəbər verir ki, rayonun Şüvəlan və Mərdəkan qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseynağa Qafarzadə saxlanılıb.
Onun üzərindən 23 qram heroin və 2 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Hüseynağa Qafarzadənin Şüvəlan qəsəbəsində yaşadığı mənzilin zirzəmisindən əlavə 14 kiloqram marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmaları davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan polisindən böyük əməliyyat - 20 nəfər saxlanılıb - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...