Nardaranda 4 nəfərin batması ilə bağlı cinayət işi açılıb
12
avq
2019
12:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Xəzər dənizinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 4 nəfərin batması ilə əlaqədar cinayət işi açılıb.BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.Bildirilib ki, Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, avqustun 10-da həmin ərazidə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı batıb.M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin isə axtarışları davam etdirilib və avqustun 12-də tapılıb.
Oxşar xəbərlər
Nardaranda batan 4 uşaqdan sonuncusunun meyiti tapıldı
Nardaranda dənizdə batan dörd uşaqdan sonuncusunun meyiti tapılıb.BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 10.08.2019-cu il tarixində Bakı...