Gənc musiqiçinin dənizdən meyiti tapıldı (YENİLƏNİB)
 
                            
                            
                                01
                                avq
                            
                                2019
                                14:56
                            
                            
                        Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan, 1992-ci il təvəllüdlü Əkbərov Pənah Bəhram oğlunun axtarışları başa çatıb.P.Əkbərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.***11:55Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndi ərazisində bir nəfər dənizdə çimərkən boğulub.BAKU.WS “AzərTAC”a istinadən xəbər verir ki, dənizdə boğulan gənc Xaçmaz şəhər sakini, 1992-ci il təvəllüdlü Pənah Bəhramoğludur.Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunsa da, hələlik gəncin cəsədi tapılmayıb.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Su kanalında batan gəncin meyiti tapıldı – YENİLƏNİB
Ağdaş rayonunun Dəhnəxəlil kəndində su kanalında batan 1996-cı il təvəllüdlü Aprin Nurlan Təhməz oğlunun axtarışları başa çatıb.BAKU.WS FHN-ə istinadən xəbər ve...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    