Namus üstündə QƏTL: Oğul kafe açılışında anasının dostunu və ofisiantı ÖLDÜRDÜ

Oğul kafe açılışında anasının dostunu və ofisiantı qətlə yetirib.
Belə ki, Cabbar (adlar şərtidir) anası Baharla əvvəl işlətdikləri kafedə problem yaşadıqları üçün yeni kafe icarəyə götürmüşdü. Hər şey sıfırdan başlanmalı, işçi götürülməli və açılış planlaşdırılmalı idi.
Onlar ertəsi gün internetdə "ofisiant tələb olunur" elanı vermişdilər və kafedə işə düzəlmək üçün gələcək adamı gözləyirdilər. Qarlı havada ofisiant işi üçün gələn Şaiq bir qədər utancaq halda kafeyə girir. Cabbar ona əvvəllər harada işləməsi barədə sual verir. Bahar isə oğluna məsələni uzatmadan Şaiqi işə qəbul etməsini deyir.
Beləliklə, az pul müqabilində də olsa, Şaiq həmin gün işə başlayır. Onlar əvvəlcə masaları yerbəyer edirlər. Sonra kafeni bəzəməyə başlayırlar. Şaiq işinə həvəslə yanaşır, özünü çalışqan göstərir. Hazırlıqlar davam edərkən, bayırda Bahar Rafiq adlı adamla şəkil çəkdirir, xoş ab-havada özü üçün əylənirdi. Bunu görən Cabbar qəflətən əlindəki işi saxlayır və onlara yaxınlaşır.
Rafiq onu görən kimi üz ifadəsini dəyişir, salamlaşır və "xeyirli olsun"a gəldiyini söyləyir. Kafenin içinə göz gəzdirən Rafiq "hər şey əla olacaq, xeyirli olsun" deyir, sonra həm Cabbarı, həm Baharı qucaqlayıb öpür və "gələcəyəm" deyib kafedən gedir. O çıxan kimi Cabbar və anası arasında söz davası başlayır. Bahar Rafiqin ailə dostu olduğunu söyləyərək onun pis məqsədinin olmadığını müdafiə edir.
Cabbar daha sonra anasına ağır ifadələr işlədərək, əsəblərini sakitləşdirmək üçün oradan uzaqlaşır. Axşam saatlarında kafedə yeyib-içmək mərasimi düzədilir. Masa arxasında Bahar, oğlu Cabbar və ofisiant Şaiq əyləşib, hər şeyi unudaraq kafenin açılışını qeyd edirlər. Onlar yaxşı işlər görməyi planlaşdırıb, söhbət edərkən qəflətən kafeyə Rafiq daxil olur. O, əlindəki spirtli içki şüşəsini qaldırıb, içmək lazımdır deyir və heç soruşmadan Şaiqin yerində əyləşir.
Şaiq ayağa qalxır və ona qulluq etməyə başlayır. Cabbar anasına baxanda görür ki, Bahar vəziyyətdən razıdır. Rafiq içki şüşəsindən Baharın qədəhinə süzür, sonra da Cabbara təklif edir.
Cabbar əvvəl istəməsə də, ab-havaya görə məcbur olub içməyə başlayır. İçkinin miqdarını qaçıran Rafiq kafenin bir küncündə Baharla yaxınlaşmağa çalışır. O isə bir qədər çəkinirmiş kimi görünsə də, etiraz etmir.
Cabbar ayılıb bu vəziyyəti görəndə əsəbiləşir və masadakı bıçaqla Rafiqə zərbələr endirərək onu qətlə yetirir. Onları ayırmağa çalışan Şaiq də bu insidentin qurbanı olur.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb
Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan hazırda Azərbaycanda mühakimə olunan Ermənistan...
