Münasibətdə olduğu qadını vanna otağına aparıb öldürdü - MƏHKƏMƏ

Münasibətdə olduğu qadını vanna otağına aparıb öldürdü - MƏHKƏMƏ
Hadisə 222

Sumqayıtda qadını boğub öldürməkdə təqsirləndirilən Kamran Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, K.Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında baş verib.

K.Quliyev münasibətdə olduğu, yüngül həyat tərzi keçirən G.Əliyeva ilə kirayədə yaşadığı mənzildə görüşüb.

Tərəflər arasında mübahisə zəminində yaranan insidentdən sonra K.Quliyev vanna otağında qadını boğaraq öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər