Müəlliməsini öldürüb təcavüz edən məktəbliyə 40 il həbs verildi (VİDEO)

Müəlliməsini öldürüb təcavüz edən məktəbliyə 40 il həbs verildi (VİDEO)
Video
Hadisə 2062

 

ABŞ-da baş verən dəhşətli cinayəti törədən məktəbli hakim qarşısına çıxarılıb.

BAKU.WS-in məlumatına görə, Filip Çism adındakı şagird riyaziyyat müəllimi Kollin Ritzeri bıçaqlayaraq öldürüb. Daha sonra müəlliminə təcavüz edən yeniyetmə 40 il həbs cəzasına məhkum edilib.

Hazırda 17 yaşında olan Filip 2013-ci ildə, yəni 15 yaşında olarkən müəlliməsini öldürüb. Ritzeri məktəb dəhlizlərində izləyən şagird tualetdə onu bıçaqlayaraq öldürüb. Filip 24 yaşındakı qadının cəsədini təkərli zibil qutusuyla meşəyə aparıb və orada basdırıb.

Hadisədən sonra tutularaq həbs olunan və məhkəməsi gedən yeniyetmə üçün ömürlük həbs istənilirdi. Ritzerin ailəsi məhkəmədə gözyaşlarını saxlaya bilməyib. Öldürülən müəllimənin qardaşı Dan Ritzer hakimə "Bu heyvanı həbsə atın" deyə bildirib.

Hakim Devid Lovi "vəhşilik" olaraq xarakterizə etdiyi bu cinayətə görə 17 yaşlı yeniyetməyə 40 il həbs cəzası verib.

BAKU.WS

Oxşar xəbərlər

Misirdə 4 yaşındakı Əhməd ömürlük həbs edildi

Misirdə 4 yaşındakı Əhməd ömürlük həbs edildi

Misirdə ağlasığmaz hadisə baş verib. BAKU.WS-in məlumatına görə, 4 yaşındakı uşaq ömürboyu həbsə məhkum edilib. "The Mirrorun" xəbərinə görə, 4 yaşındakı Əhmə...

14289 Hadisə 10:28 22 fevral 2016

Son xəbərlər