Müğənni Kərim toyda bu səbəbdən döyülübmüş - TƏFƏRRÜATLAR

Müğənni Kərim toyda bu səbəbdən döyülübmüş - TƏFƏRRÜATLAR
Hadisə 496

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə ötən gün Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib.

Müğənni Kərim Abbasov fonaqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:

"Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma davam etdirilir".

***10:55

Müğənni Kərim toyda döyülüb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Məlumata görə, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Araşdırma gedir.

Son xəbərlər