Mübariz İbrahimovu təhqir edən Nərminin məhkəməsində dava düşdü – VİDEO

Mübariz İbrahimovu təhqir edən Nərminin məhkəməsində dava düşdü – VİDEO
Video
Hadisə 13367
22 yanvar 2019-cu il tarixində Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəməsi baş tutub.Bu barədə tanınmış idmançı Araz Musayev BAKU.WS-ə məlumat verib. O deyib ki, məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib. İdmançının vəkili Ramil Rüstəmov hakimdən Şahmarzadəni 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub. Hakim Bəxtiyar Məmmədov isə iddianı təmin etməyib. Məhkəmədən narazı qalan tərəf isə yenidən məhkəməyə müraciət etmək qərarındadır. Məhkəmdə iştirak edən müharibə iştirakçıları və qazilər hakimin qərarına etiraz ediblər. Nəticədə dava düşüb. Məsələyə məhkəmə işçiləri müdaxilə ediblər. Həmin görüntüləri təqdim edirik. Cavid BabayevBAKU.WS

Son xəbərlər