Mübarizi təhqir edən Nərmin üzr istədi — VİDEO

Mübarizi təhqir edən Nərmin üzr istədi — VİDEO
Video
Şou-biznes 10009
Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərlə tənqid hədəfinə çevrilən psixoloq Nərmin Şahmarzadə qəhrəmanın ailəsindən üzr istəyib.BAKU.WS xəbər verir ki, Nərmin Şahmarzadə bu barədə sosial şəbəkədə video yayıb. O, videoda çıxış edərək bildirib ki, Mübariz İbrahimovun atasına məlumatları səhv çatdırıblar və bu səbəbdən də, yaranmış problemlərə görə ondan üzr istəyir. ""Facebook"da Mübariz İbrahimovun atasından müsahibə alıblar. Çox təəssüf ki, adama fikirlərimi yanlış çatdırıblar.. Bu çox acınacaqlıdır. Nə statusumda, nə videomda heç kəsin oğluna qatil deməmişəm. Oğul itirmiş birinə bu şəkildə yalan demək heç etik deyil. Əgər bu xəbər onu incidibsə, şəxsim adıma sırf Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm", - deyə Nərmin Şahmarzadə bildirib. BAKU.WS

Son xəbərlər