MTN bandasının şantaj videoları tapıldı
Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin insanları şantaj üçün istifadə etdiyi gizli çəkilişlər olan videomateriallar tapılıb. BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatı azadliq.info yayıb. Sayt bildirir ki, hazırda istintaq bu şəbəkənin şantaj əməliyyatlarını araşdırır. Xəbərə görə, şəbəkənin üzvlərindən bir neçəsinin, xüsusilə Akif Çovdarovun nəzarətində əyləncə mərkəzləri, hotel və restoranlar olub ki, ora video kameralar yerləşdirilib. Həmin obyektlərdə dincələn vəzifəli, yaxud imkanlı şəxslər sonradan videogörüntülərlə şantaj olunub. Eldar Mahmudovun şəbəkəsinin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar zamanı dəstə üzvlərindən bir neçəsinin evindən şantaj videoları çıxıb. İstintaq bu məsələni daha dərindən araşdıraraq hansı vəzifəli şəxslərin MTN-nin şantajına qalmasını üzə çıxarmağa çalışır. İstintaqda şübhələr var ki, bəzi məmurlar şantajın qurbanı olaraq hələ də şəbəkəyə xidmət göstərə bilər. BAKU.WS
Oxşar xəbərlər
İran Eldar Mahmudovun vəhabi məsələsini araşdıracaq
İran Xarici İşlər Nazirliyi Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəhabilərlə əməkdaşlığına dair məsələni araşdıracaq. ANS PRESS-in İR...