Moskvada Azərbaycan diplomatına hücum edən şəxs saxlanıb - VİDEO

Moskvada Azərbaycan diplomatına hücum edən şəxs saxlanıb - VİDEO
Video
Hadisə 1613
 

Aprelin 16-da gecə saatlarında Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin konsul şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evinə gedərkən sürücü tərəfindən döyülüb.

 

BAKU.WS xəbər verir ki, E.Məhərrəmov təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

 

"Bu məişət insidenti ilə əlaqədar olaraq səfirlik baş vermiş hadisənin səbəbi və şəraitini araşdırmaq üzrə təcili tədbirlər görür, xəsarət alan ərizə ilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edib”, Azərbaycanın Rusiyadakı səfirliyi bildirir.

Rusiya mediası Azərbaycan səfirliyinin əməkdaşını döyən şəxsin Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını bildirir. Hücum edənin Haybula Hacıyev adlı şəxs olduğu bildirilir.

Hücumun səbəbləri barədə hələ məlumat verilmir.

 

BAKU.WS

Son xəbərlər