Mənşəyi məlum olmayan 534 kq ət aşkar olundu - FOTO

Mənşəyi məlum olmayan 534 kq ət aşkar olundu - FOTO
Hadisə 628
Martın 28-də saat 21:10 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən
Ağdaş rayonu Ləki kəndi ərazisində Kərimli Şirin Nizami oğluna məxsus 99HX408 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 534 kq istehlaka yararsız ət aşkar olunub.AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, vətəndaşa məxsus avtomobilə baxış zamanı avtomobilin yük yerində 3 baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb.
İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik görüntülərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Ümumi çəkisi 534 kq olan ətin insan sağlamlığı üçün təhlükəli, ölmüş heyvanlara məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb.
Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.BAKU.WS

Oxşar xəbərlər

Xəstə heyvanları kəsib satan şəxsi polis tutdu – FOTO

Xəstə heyvanları kəsib satan şəxsi polis tutdu – FOTO

İstifadəyə tam yararsız olan 150 kiloqram mal ətini satmaq istəyən şəxs polislər tərəfindən müəyyən edilib.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətind...

1091 Sosial 13:30 28 mart 2019

Son xəbərlər