Şəmkirdə ailə DRAMI: Sevgilisi qardaşı tərəfindən öldürülən qız intihar etdi
26
okt
2017
18:38
Şəmkirdə ailə dramı yaşanıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkirin Zəyəm qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Ayşən Azər qızı Xəlilova yaşadığı evdə özünü asıb.A.Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahkar olmadığını qeyd edib.O, qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə dözə bilmədiyini, məhz buna görə canına qəsd etdiyini bildirib. Qeyd edək ki, oktyabrın 20-də Şəmkir rayonu Zəyəm qəsəbəsinin sakini, 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi, 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq qətlə yetirib.Məlumata görə, Həsrət Xəlilov Tural Məmmədovu bacısı ilə yaxın münasibətlərdə olduğu üçün öldürüb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ər qısqandığı üçün arvadını öldürdü - DƏHŞƏTLİ QƏTL (VİDEO)
Həyat yoldaşı ilə mübahisə edən kişi onu atası evində öldürüb.Dəhşətli hadisə oktyabrın 20-də Tərtər rayonunun Bəyimsarov kəndində baş verib. Həyat yoldaşı ilə...