İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev hakim qarşısına çıxarıldı

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev hakim qarşısına çıxarıldı
Hadisə 180

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu gün Səbail rayon Məhkəməsində Vilyam Hacıyevin barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılır.

Xatırladaq ki, V.Hacıyev Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla Vilyam Hacıyev saxlanılmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər