İmişlidə mağazanın damını sökərək pul oğurlayan ələ keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazaların birindəki seyfdən 12 800 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb.
H. Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12 800 manat məbləğində pulu oğurladığını etiraf edib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda kişi marketdə gözətçini belə öldürdü - VİDEO
Bakıda marketdə işləyən gözətçini öldürən dostlar qətli necə törətdiklərini danışıblar. BAKU.WS DİN-ə istinadən xəbər verir ki, iyunun 1-də səhər saat 06 radələ...