"Mir Mövsüm ağa" ziyarətgahına gedən kişi yoxa çıxdı - FOTO

Mir Mövsüm ağa ziyarətgahına gedən kişi yoxa çıxdı - FOTO
Hadisə 5335
Bakıda 1930-cu il təvəllüdlü Şərifov Ağabala Əhəd oğlu itkin düşüb. Yaxınlarının BAKU.WS-ə verdiyi məlumata görə, Mərdəkan qəsəbəsində yaşayan 88 yaşlı kişi iyul ayının 1-də Şüvəlan kəndi ərazisində yoxa çıxıb.O, Şüvəlandakı "Mir Mövsüm ağa" ziyarətgahına gedib. Ehtimal edilir ki, yaşı ilə əlaqədar yaddaş pozğunluğu olduğundan, oradan qayıdarkən yolu azıb. Əynində göy cinsə oxşar şalvar, göy zolaqlı qısaqol köynək olub. Qəhvəyi gözlüdür, boyu 1,65 sm-dir, arıq cüssəlidir.Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Onu görənlərdən (051) 414 44 33 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər

Samur-Abşeron su kanalında kişi meyiti tapılıb

Samur-Abşeron su kanalında kişi meyiti tapılıb

Samur-Abşeron su kanalının Qusar rayon Kuzun-qışlaq kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba reg...

1277 Hadisə 20:33 27 iyun 2018

Son xəbərlər