Samur-Abşeron su kanalında kişi meyiti tapılıb

Samur-Abşeron su kanalında kişi meyiti tapılıb
Hadisə 1277
Samur-Abşeron su kanalının Qusar rayon Kuzun-qışlaq kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb.Həmin kişinin əlamətləri belədir: yaşı 45-55, boyu 175-180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qara saçlıdır. Tapılan zaman onun əynində cins şalvar və qısaqol köynək olub. Meyit üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22; 023-385-28-03 şəhər və (050) 321-87-20; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.BAKU.WS

Oxşar xəbərlər

Şirvanda 26 yaşlı qadın itkin düşüb

Şirvanda 26 yaşlı qadın itkin düşüb

Şirvanda 26 yaşlı qadın itkin düşüb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Şirvan şəhər sakini, 1992-cı il təvəllü...

1146 Sosial 19:35 05 iyun 2018

Son xəbərlər