Mingəçevirdə binanın blokundan gürzə çıxdı

Mingəçevirdə binanın blokundan gürzə çıxdı
Hadisə 81

Mingəçevirdə 5 mərtəbəli binanın blokundan gürzə ilanı çıxıb.

BAKU.WS-ə unikal.az-a istinadən xəbər verir ki, hadisə M.Ə.Sabir küçəsi 3 saylı ünvandakı yaşayış binasının blokunda qeydə alınıb.

İlan orada çalışan usta tərəfindən öldürərərək zərərsizləşdirib.

Məsalə ilə bağlı Dezinfeksiya Stansiyasından saytımıza bildirilib ki, hadisə barədə məlumatlıdırlar və Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi ilə müvafiq addımlar atılacaq. Eyni zamanda açıqlamada o da qeyd  olunur ki, bu yaxınlarda şəhərin Nizami küçəsində də oxşar hadisə yaşanıb. O zaman isə ilan evdə peyda olub və ev sahibi tərəfindən öldürülüb. M.Ə.Sabir küçəsində baş vermiş hadisə ilə bağlı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsiinin  daxil olan müraciət əsasında əməkdaşlar əraziyə baxış keçirib.1 saylı Mənzil İstismar Sahəsinin müdiri Yaqub Yadigarovun verdiyi məlumata görə, ərazidə ilan görünməsi kimi bir hadisə ilk dəfədir ki, müşahidə olunur. Bina və zirzəmi əməkdaşları tərəfindən dezinfeksiya olunub.

Son xəbərlər