Mingəçevirdə toyda bədbəxt hadisə
19
avq
2018
11:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Toyda qadın dünyasını dəyişib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Energetik yaşayış massivində yerləşən “Nur” şadlıq sarayında baş verib.Belə ki, burada keçirilən toyun gedişində Yevlax rayonunun Tanrıqullar kəndindən olan adı hələki dəqiqləşdirilməmiş təxminən 50-55 yaşlı qadın qəfildən dünyasını dəyişib. Ona yardım üçün həkim briqadası çağırılsa da həyatını xilas etmək mümkün olmayıb. Qohumlar hüquq mühafizə orqanı nümayəndələrinə əlavə araşdırmalara ehtiyac olmadığını bildirib. Onların sözlərinə görə, qadın öz əcəli ilə gözlərinin önündə keçinib. Bundan sonra dünyasını dəyişən qadının meyiti toy məclisindən birbaşa Tanrıqullar kəndinə götürülüb.BAKU.WS
Oxşar xəbərlər
Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb
Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib."Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Te...