Minaya düşən hərbçilərimizin ayaqlarından biri amputasiya edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçularının son durumu açıqlanıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Daxili Qoşunların hərbi qulluqçularının - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib.
Hazırda hər iki şəxsin vəziyyəti stabildir.
Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 15 yaşlı oğlandan azyaşlı məktəbliyə qarşı qandonduran hərəkət: yerə yıxdı və...
Beyləqan şəhərində qətl törətməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Elgün Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika.az” say...