Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin dəfn mərasimi keçirilir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, onun cənazəsi dəfn olunması üçün Hərbi Memorial Məzarlığına gətirilib.
Mərasimdə mərhumun yaxınları, dövlət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Şahin Tağıyev İsveçin Malmö şəhərində vəfat edib. Onun cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün vətənə gətirilib.
Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qalereya
*** 10:44
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Təzəpir məscidinə gətirilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Hərbi Memorial Məzarlığa aparılacaq.
Milli Qəhrəmanla vida mərasimi də Hərbi Memorial Məzarlıqda keçiriləcək.
Qeyd edək ki, Şahin Tağıyev İsveçin Malmö şəhərində vəfat edib. Onun cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün vətənə gətirilib.
Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qalereya
Oxşar xəbərlər
Kafedə yeyib-içdilər, taksiyə görə savaşıb qan tökdülər - Tanışların bıçaqlı davası
Xuliqanlıq niyyətli ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Əsəd İmanlının (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məh...