Məhkumun həyətində torpağa basdırılmış tapança və narkotik aşkarlanıb - FOTO

Məhkumun həyətində torpağa basdırılmış tapança və narkotik aşkarlanıb - FOTO
Hadisə 1061
Məhkum edilən şəxsin vaxtilə yaşadığı evin həyətində torpağa basdırılmış tapança və narkotik aşkar edilib.Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, PX-nin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.PX-nin, Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 228.1, 237.2.3 və 66.3-cü maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Dibirov Şadnus Nasruddin oğlunun əvvəllər yaşadığı Balakən rayon ərazisindəki evinin həyətində torpağa basdırılmış 1 ədəd "Makarov" tipli tapança və 240 qram narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.Fakt üzrə Balakən rayon Polis şöbəsində araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Ağdaşda əməliyyat - Qələm tapança ilə silahlanmış şəxs saxlanıldı

Ağdaşda əməliyyat - Qələm tapança ilə silahlanmış şəxs saxlanıldı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamət...

1692 Hadisə 13:15 24 iyul 2018

Son xəbərlər