Meyxanaçı sevgilisi ilə birgə oğurluq etdi - FOTO

Meyxanaçı sevgilisi ilə birgə oğurluq etdi - FOTO
Foto
Hadisə 3054
Binə qəsəbəsində 10-a yaxın evdən oğurluq edən şəxslər saxlanılıblar.BAKU.WS xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan Rauf Abdullayevin evdə olmadığı müddətdə məzilindən televizor, elektrik avadanlıqları və digər məişət əşyalarının naməlum şəraitdə oğurlanıb.Ona ümümilikdə 1202 manat maddi ziyanın dəydiyi məlum olub. Xəzər RPİ-nin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amid Əliyev və Yevlax rayon sakini Tehran Məmmədova saxlanılıb.Araşdırma zamanı hər iki şəxsin Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub. Onların yaşadıqları evə baxış zamanı oğurladıqları məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.A.Əliyev və T.Məmmədova barəsində oğurluq maddəsi ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.“Qafqazinfo”nun məlumatına görə, A.Əliyev Lənkəranda meyxanaçı kimi tanınır, T.Məmmədova isə onun sevgilisidir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda məktəbdən 7500 manatlıq oğurluq

Bakıda məktəbdən 7500 manatlıq oğurluq

Suraxanı rayonunda məktəbdən 7500 manat dəyərində kompüter avadanlıqları oğurlayan şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinn mətbuat xidmətindən BAKU.W...

908 Hadisə 13:15 23 aprel 2019

Son xəbərlər