Metronun "20 Yanvar" stansiyasında keçid bağlandı: Əraziyə polis və FHN cəlb olunub (YENİLƏNİB)

Metronun 20 Yanvar stansiyasında keçid bağlandı: Əraziyə polis və FHN cəlb olunub (YENİLƏNİB)
Hadisə 8807
Bakı metrosunun "20 Yanvar" stansiyasının keçidlərindən biri bağlanıb.BAKU.WS-in məlumatına görə, sosial şəbəkədə stansiyanın "Azərsu" ASC istiqamətindəki çıxışının naməlum səbəbdən bağlandığı, əraziyə polis və FHN əməkdaşlarının cəlb olunduğu qeyd edilib. Sakinlər həmin yerdən içəri buraxılmır, girişin hansı səbəbdən bağlanması barədə heç bir məlumat verilməyib."Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədov AzVision.az-a bildirib ki, bağlanan keçid qurumun balansında deyil.""Azərsu” tərəfdən olan keçiddə problem yarandığı üçün bağlanıb. Lakin stansiyaya digər girişlərin hamısı açıqdır və hərəkət normal qaydada davam edir. Qatarların hərəkətində də problem yoxdur”.***Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki metrostansiyasının keçidində şübhəli bağlama aşkarlanması ilə bağlı məlumat daxil olub.BAKU.WS FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.Xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüb, müvafiq qaydada bağlamaya baxış keçiriblər. Bağlamanın içində təhlükəli əşya aşkar edilməyib. Bağlama aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.Qeyd edək ki, FHN-nin keçirdiyi əməliyyatla əlaqədar “20 Yanvar” metrosunun keçidlərindən biri müvəqqəti bağlanmışdı.BAKU.WS

Son xəbərlər