Metroda gərgin anlar: "Koroğlu"da polislə sərnişin arasında dava düşdü

Metroda gərgin anlar: Koroğluda polislə sərnişin arasında dava düşdü
Hadisə 1570

 

Dünən axşam saat 21 radələrində Bakı Metropoliteninin "Koroğlu” stansiyasında polis işçiləri ilə sərnişinlər arasında qarşıdurma yaranıb.

BAKU.WS-in Publika.az-a istinadla verdiyi məlumata görə, stansiyaya daxil olan iki gənc əvvəlcə polislə mübahisə edib. Lakin mübahisə sonra ciddi qarşıdurma halını alıb.

Polisə müqavimət göstərən iki gəncin mübahisəsinə sərnişinlər də qoşulub. Stansiyaya daxil olan iki polis işçisi onları sakitləşdirib. Lakin buna baxmayaraq, tərəflər arasındakı mübahisə 10 dəqiqəyə qədər çəkib. Asayiş keşikçilərinə tabe olmayan gənclər isə polis otağına aparılıb.

Sərnişinlərin saytın əməkdaşına verdiyi məlumata görə, mübahisə gediş kartı üstündə yaranıb.

BAKU.WS

Oxşar xəbərlər

Esra Erolun verilişində əlbəyaxa dava (VIDEO)

Esra Erolun verilişində əlbəyaxa dava (VIDEO)

Esra Erolun təqdimatında ATV kanalında yayımlanan "Evlen benimle" verilişində dava düşüb. BAKU.WS məlumat verir ki, bəy namizədlər arasında mübahisə yaranıb. E...

2079 Şou-biznes 15:59 23 oktyabr 2015

Son xəbərlər