Məşhur “91-lər”in üzvü vəfat edib

Məşhur “91-lər”in üzvü vəfat edib
Hadisə 288

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, keçmiş deputat, məşhur “91-lər”dən olan Kərim Kərimov vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.

K.Kərimov 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.

3 övladı var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yəhya Kərimov vəfat edib - FOTO

Yəhya Kərimov vəfat edib - FOTO

“Əlifba” kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliy...

776 Hadisə 13:45 13 avqust 2021

Son xəbərlər