Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb – Rəsmi
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a bağın Mətbuat Xidmətindən məlumat verilib.
"Bağın ərazisinə təcili tibbi yardım avtomobili daxil olmayıb. Yayılan xəbər tərəfimizdən araşdırılır".
Mətbuat xidmətindən bildirilib ki, bağın ərazisi mütəmadi olaraq dərmanlanır.
Qeyd edək ki, mediada bağın ərazisində yeddi yaşlı uşağı ilan sancdığı barədə məlumatlar dərc olunub.
TƏBİB-dən bildirilib ki, iyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı oğlan uşağı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.
Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Oxşar xəbərlər
58 yaşlı kişini maşın vurub öldürdü
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...