Mənzildə meyiti tapılan dördüncü şəxsin də kimliyi bilindi - YENİLƏNİB - VİDEO

Mənzildə meyiti tapılan dördüncü şəxsin də kimliyi bilindi - YENİLƏNİB - VİDEO
Video
Hadisə 1620

Ötən gün Bakının Nərimanov rayonunda meyitləri tapılan 4 nəfərin hamısının kimlikləri məlum olub.

BAKU.WS-in məlumatına görə, DİN Mətbuat Xidmətindən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, dünəndən bu yana kimliyi müəyyən edilə bilməyən meyitin şəxsiyyəti Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təyin edilib.

Onun Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Salayev Kənan Ramiz oğlu olduğu üzə çıxıb.

Qeyd edək ki, K.Salayev məktəbli olub.

***14:04

Ötən gün Bakının Nərimanov rayonunda mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi məlum olub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, ilkin ekspertiza rəyinə əsasən, onlar dəm qazından boğularaq ölüb.

1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu, 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğlu və 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlunun meyitləri ailələrinə təhvil veriləcək.

Hələlik kimliyi bilinməyən şəxsin isə yaxınları axtarılır.

Qeyd edək ki, ölənlərdən biri Kamran Allahverdiyev 10-cu sinif şagirdi olub. Kamran Allahverdiyev və dostu 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu ötən il dekabrın 31-dən itkin düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər